Kürdəmir sakini avtomobili ilə 2 yaşlı qızını vurub öldürüb

Kürdəmir rayonunun Xırdapay kəndində bədbəxt hadisə baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə,  mayın 19-da saat 19 radələrində Kürdəmir rayonunun Xırdapay kənd sakini Nəriman Nərimanov evinin həyətindən "Mercedes" markalı avtomobilində çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurmuşdur. Nəticədə uşaq hadisə yerində ölmüşdür. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR