“Mercedes” və “VAZ-21011” toqquşub-ölən və yaralanan var

Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 19-da saat 17 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Şüvi kənd sakinləri Məmməd Şamradovun idarə etdiyi "Mercedes" və Ş.Əsgərovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Əsgərovun sərnişini, həmkəndlisi Qadir Baxşiyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Astara RPŞ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR