Avtomobil vuran piyada hadisə yerində ölüb

Paytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 18-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini A.Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mətləb Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR