Gəncə sakinindən odlu silah götürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini tutulub. DİN-dən "Olaylar"a bildirilib ki, Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 179 qrama yaxın 286 ədəd "Metodan" həbləri və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Davam edən tədbirlərlə onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış,  çəkisi 140 qram  olan heroin,  digər ağacın dibində isə basdırılmış 1 ədəd "Makarov" tipli tapança və ona məxsus patron darağı, 2 ədəd patron, yataq otağının mebel dəstindən isə 12 qram "metafetamin"nə oxşar psixotrop maddə aşkar olunaraq götürülmüşdür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR