Şüvəlan sakinlərindən narkotik vasitə götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçirmişlər. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini E.Valehovdan çəkisi 485 qram marixuana aşkar edilərək götürülmüşdür.Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini C.Alışov saxlanılmışdır. Ondan 480 qram marixuana götürülmüşdür. Ona məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu da aşkar edilərək götürülmüşdür. Faktlarla bağlı araşdırmalar aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR