Keçmiş məhkumlar qadının pulqabısını oğurladılar

Bakıda qadının çantasından oğurluq edən şəxslər "isti izlər"lə saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Şöbə əməkdaşlarının "isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədov olduqları müəyyən edilib.29-cu Polis Şöbəsində araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR