Bakıda silah və narkotik gəzdirən şəxs həbs olundu

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib. Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Naqan" markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR