Ölkəyə narkotik vasitə gətitirlməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR