Qadının 700 manat pulunu oğurlayanın əlləri qandallanıb

Oğurluqda şübhəli bilinən Qazax rayon sakini oan  yeniyetmə saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 17-ci PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının 700 manat və sənəd olan pul kisəsini, 1 avtomobildən maqnitofon, 2 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini bir yeniyetmə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Abşeron rayonu ərazisindəki mağazaların birindən 600 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması da  müəyyən edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR