Bakıda biznesmenin arvadını kim öldürüb? - DƏHŞƏTLİ FAKTLAR

Dünən Bakı şəhərinin Xəzər rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş, 1986-cı il təvəllüdlü Kütahi Məlikova naməlum şəxs və ya şəxslər tərəfindən amansızlıqla öldürüləndən sonra evdə axtarış aparılıb. Qarət məqsədi ilə evə girmiş şəxslər mənzildə pula tapa bilməsə də, xeyli qızıl oğurlayıblar.

Bildirilir ki, hadisə vaxtı ailənin 2 övladı məktəbdə olub. Xalça biznesi ilə məşğul olan ailə başçısı isə işi ilə əlaqədar evi tərk edibmiş.

İlkin araşdırmalar zamanı məlum olub ki, qarət məqsədi ilə evə daxil olan şəxs və ya şəxslər qadını bıçaqlayandan sonra onun boğazını kəsərək öldüyünə əmin olmağa çalışıblar.

Hazırda dəhşətli cinayətlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR