Piyadanı vurub aradan çıxan sürücü saxlanıb

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulub. Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış "Nissan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR