Evlərə qənim kəsilən şəxslər yaxalanıblar

Oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Yasamal RPİ 26-cı və 28-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılıb. İ.Salayevin və A.Balayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR