Hövsanda 170 min manatlıq toyuq oğurlanıb

Bakıdakı fabriklərdən birində toyuq və toyuq məhsulları oğurlanıb. "Olaylar" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR