Taleh Bağırzadənin xanımı həbsxanaya telefon keçirmək istəyib- Rəsmi

"Nardaran hadisələri"nə görə həbs edilən Taleh Bağırzadənin xanımı həbsxanaya telefon keçirməyə cəhd edib.

Musavat.com xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Məlumata görə, penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Яндекс.ДиректСетка лавсановая, отгрузка 3 дня!25 лет на рынке! Сетка лавсановая. Контроль качества. Гарантия 12 месяцев!daly.ru Хостелы в Стамбулеairbnb.ru 

Rəsmi məkunatda bildirilir ki, Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gələn xanımı İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilib.

Bu zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR