Qadının çantasını oğurlayan tutulub

Bakı şəhər sakini olan bir qadının çantasını açıq talama yolu ilə almaqda şübhəli bilinən Ə.Stupka saxlanılmışdır. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın fevralın 10-da Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun  içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Ə.Stupka polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılmışdır. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq  yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilmişdir. Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR