İki maşın toqquşdu, sürücü yaralandı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" ilə "Reno" markalı avtomobillərin toqquşması nəticəsində "Reno"nun sürücüsü Nihad Mehdiyev xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR