Neftçala sakinindən marixuana götürülüb

Neftçala rayon sakinindən marixuana götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Aşağı Qaramanlı kənd sakini Əfqan Nağıyevdən 12 qram marixuana götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq baxış zamanı onun evindən 1 kiloqram 600 qram, həyətyanı sahəsindən isə 2 kiloqram 650 qram marixuana aşkar edilərək götürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR