“Ford Transit” 42 qoyunun üzərindən keçdi

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi "Ford Transit" markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurmuş və nəticədə 42 baş qoyun tələf olmuşdur. Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi "KamAZ" markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirmişdir. BDYPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR