Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "BMW 320 " markalı avtomobil saxlanılıb. İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında və qabaq sağ, sol qapıların altında xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən 231 qutu pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR