İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında psixotrop və narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə  əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki,  Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rzayev Mürvət Fətulla oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini Sənan Tasim oğlu Abdullayevin üzərinə baxış keçirilən zaman ayağında olan bint sarğısının içərisində xüsusi üsulla gizlədilmiş bükümdən çəkisi 0,050 qram psixotrop preparat - metamfetamin, 0,831 qram heroin və 1,726 qram tiryək aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR