Şəmkirdə ailə faciəsi - 18 yaşlı arvadını baltaladı, özü isə intihar etdi

Şəmkirin Aşağı Seyfəli kəndində ailə faciəsi baş verib.

"Report"n  verdiyi xəbərə görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev ƏləkbərMüzəffər oğlu həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızına baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətdə tapılıb.

N.Mehdixanova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR