Bakı sakininə hədə-qorxu gələn keçmiş məhkumlar tutulublar

Bakı şəhər sakinindən hədə-qorxu yolu ilə pulunu almağa cəhd edən şəxslər saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əsgərova hədə-qorxu gəlib pulunu almağa cəhd göstərməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ələkbər Bulatov və Sahil İsayev saxlanılmışlar. Ə.Bulatovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il oktyabr ayının 19-dan noyabr ayının 5-dək olan müddətdə Bilgəh qəsəbəsi ərazisində bağ evlərinin birindən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR