Oğru “iş başında” yaxalanıb

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 8-də rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Yaqubov saxlanılıb. Ətrafında keçirilmiş tədbirlərlə onun sentyabr ayı ərzində Binə qəsəbəsindəki 2  evdən ümumilikdə 900 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR