Atası həbs olunmuş oğluna bıçaq ötürmək istədi

Bakı İstintaq təcridxanasında saxlanılan həbs olunmuş şəxsə atası Gəncə şəhəri sakini İslamzadə Orxan Bəhram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun idman çantasında olan sovqatın içərisindən ümumi uzunluğu 20 sm olan üzərində "Golden Lepat" sözləri yazılmış bıçaq aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR