Fədayə Laçın və digərlərinin cinayət işinin sənədləri tədqiq edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Təqsirləndirilən şəxsin vəkili deyib ki, Günay Atakişiyeva saxlanılan zaman üzərində olan 800 dollar maddi sübut kimi tanınıb, cinayət materiallarında qeyd edilməyib.

Təqsirləndirilən G.Atakişiyeva bildirib ki, saxlanılan zaman üzərində 800 dollar olub, həmin pul da Etibar Məmmədova məxsus olub.

Hakim söyləyib ki, həmin pullar maddi subut kimi cinayət materiallarına daxil edilməyib.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, əlavə şahidlərin dindirilməsi üçün növbəti iclasda vəsatət qaldıracaq.

Proses oktyabrın 15-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR