Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib

Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi "Nissan" və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi "UAZ" markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Niyazov hadisə yerində ölmüş, xəsarət almış B.İmaməliyev xəstəxanada yerləşdirilmişdir. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR