Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada öldü

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur. 

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir. 

Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR