Biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən yeniyetmələr saxlanılıb

Şamaxıda biçilmiş taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılmışdır.

Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanmışdır. Yanğın söndürülmüş, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınmışdır. Daxili İşlər Nazierliyi mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilmiş və onlar saxlanılmışlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR