Sumqayıtda avtomobil təmiri sexi yanıb

Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın baş verib. Fövqüəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə sexin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmış, yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel" markalı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR