Ağsu sakininidən narkotik vasitə götürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağsu rayon sakini saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abbasov saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR