Ağcabədidə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilə məlumata görə, iyulun 10-da saat 23 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Ağdam rayon sakini Yasir Sadıqovun idarə etdiyi "Mercedes" (yük) və Tovuz rayon sakini Əli Quliyevin idarə etdiyi "VAZ-21064" markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Quliyevin sərnişini - həmyerlisi Rüfət Əliyev hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR