Avtomobildə mobil telefonlar və aksessuarlar aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "BMW-525" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan "Olaylar"a verilən məlumata görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd "X-Bo" və 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar və aksessuarlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR