Avtomobil yolu keçən piyadanı vurub öldürdü

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR