Şabranda qətl hadisəsi törədilib

Şabran şəhər sakini Rəşid Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxs  saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə  xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR