İtkin düşmüş şəxsi qətlə yetirən saxlanıb

Gədəbəydə itkin düşmüş şəxsi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulutb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR