Azərbaycanlı arvadını öldürən türk intihar etdi

İğdir vilayətinin Qaraqoyunlu rayonunun Sıracı kəndində intihar hadisəsi baş verib.

Taner Parlar adı türk vətəndaşı qeyri-rəsmi nikahda olduğu azərbaycanlı qadın Heyran Hüseynovanı qətlə yetirib. Parlar sonra böyük qardaşına zəng edərək arvadını öldürdüyünü deyib və intihar edib.

Fermer təsərrüfatı ilə məşğul olan Taner iki uşaq anası Heyranla naməlum səbəbdən mübahisə edib. Sonradan isə mübahisə böyüyüb. Uşaqlar yatdıqdan sonra Taner tapançadan Heyranın başına atəş açaraq öldürüb. Sonra isə qardaşı Şahinə zəng edərək məlumat verib. Qardaşı ilə danışa-danışa isə tapançadan ürəyinə atəş açaraq intihar edib.

Hadisə şahidləri isə cütlüyün mehriban olduğunu, Tanerin maddi vəziyyətinin yaxşı olduğunu deyiblər.

Qeyd edək ki, Tanerin rəsmi arvadından da 3 övladı var.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR