Həmyerlisini barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən şəxs saxlanıb

Həmyerlisini hədələyərək pul tələb edən Mingəçevir şəhər sakini saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.

ŞPŞ-də  araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR