Sabirabadda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilib

Sabirabad rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Şirzad Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu və 80 ədəd cətənə kolunun şitili aşkar edilərək götürülüb.

Həmçinin Zərdab RPŞ  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4 ton 835 kiloqram olan 5293 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR