Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakini Aqşin Məmmədovun yaşadığı evin həyətindəki qarajdan çəkisi 305 qram marixuana aşkar edilərək götürülüb.  Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər oğurluğa və narkotikə görə məhkum olunmuşlar - Natiq İsmayılov və Emin Hüseynov saxlanılıblar. Şəxsi axtarış zamanı N.İsmayılovdan 440 qram, E.Hüseynovdan isə 450 qram marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Araşdırmalar aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR