Polis mənzildə narkotik və silah açkar edib

Sabirabad sakininin evində narkotik və silah tapılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd "Tramadol", 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş,  çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin tapılıb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR