Biləsuvarda şagird məktəbdə dünyasını dəyişdi

Biləsuvar rayonun Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

Məlumata görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Lakin onun qıcolmadan əziyyət çəkdiyi bildirilir.

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsində müayinə edilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR