Həkim səhlənkarlığı, yoxsa ...

Atasının ölüm səbəbini öyrənə bilməyən paytaxt sakini redaksiyamıza müraciət etdi
 

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Qədirov küçəsi, ev 24 a ünvanda yaşayan Afət Yusifova redaksiyamıza müraciət edərək həkim səhlənkarlığından şikayət edib. Bildirib ki, ürək xəstəsi olan atasının müalicəsi üçün ölkədə fəaliyyət göstərən bir sıra klinikalara müraciət ediblər. Həkimlər isə cərrahiyə əməliyyatına risk etməyərək onun müalicə ilə yaşamasını məsləhət görüblər. Lakin Gömrük Hospitalında çalışan uzman həkim Ülvü Mirzəyev əmin edib ki, atanın ürəyinə stend qoyduqdan sonra vəziyyəti yaxşı olacaq. Beləliklə, sözügedən hospitalda həkim Ülvi Mirzəyev tərəfindən xəstə anju olunaraq ürəyinə 6 stend qoyulub. Həkim stendlər qoyularkən ölüm təhlükəsinin 20 faiz olduğunu və prosesdən sonra 72 saat ərzində gözlənilməz hadisə baş verməzsə, hər şeyin qaydasında olacağını bildirib: "72 saatın tamamımda atam yaxşı idi. Həkim ürəyə vacib göstəriş olaraq ürək tənzimləyən aparatın qoyulmasını məsləhət bildi. Bu zaman ölüm riskinin olmadığını söylədi. Beləliklə 15.02.2018-ci ildə atamın ürəyinə aparat qoyuldu. Lakin atam 16.02.2018-ci ildə daxili qan axmadan vəfat etdi. İndi hospital atamın ölüm səbəbini əvvəllər keçirdiyi miokard infakt, həkim Ülvü Mirzəyev isə daxili qanaxma olduğunu göstərir". Müraciət müəllifi qeyd edib ki, atasının əsil ölüm səbəbini soruşanda həkim "əgər xəstələr ölməzsə onda heç kim ölməz" deyə, cavab verib: "Beləliklə biz atamın ölüm səbəbinin nə olduğunu öyrənə bilmirik". Onu da qeyd edək ki, A.Yusifova məsələ ilə bağlı aidiyyati orqanlara müraciət edib və artıq məsələni respublika prokurorluğu araşdırır.

Vətəndaşın müraciəti ilə bağlı həkim Ülvü Mirzəyevlə əlaqə saxladıq. O, əməliyatda olduğundan telefonla açıqlama verə bilməyəcəyini qeyd etdi. Tezliklə həkim Ü.Mirzəyevin mövqeyini də dərc edəcəyik.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR