“TOFAŞ” “KamAZ”a çırpılıb-ölən və yaralanan var

Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 14-də saat 19 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Şabran rayon sakini Hüseynağa Əhmədov idarə etdiyi "TOFAŞ" markalı avtomobili yolun kənarında dayanmış "KamAZ" markalı avtomobilə vurub. Nəticədə H.Əhmədovun sərnişini, həmyerlisi Seymur Qəniyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR