Evdən qızıl aparan keçmiş məhkumun digər əməlləri üzə çıxıb

Oğurluqda şübhəli bilinən Quba rayon sakini yaxalanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Xırdalan şəhərindəki evlərin birindən 600 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Ağacan Həsənov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Xırdalan şəhərindəki daha 4 evdən pul, təmir-tikinti alətləri, qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR