Avtomobil qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev "VAZ-2106" markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib. DİN-dən "Olaylar"a verilən məlumata görə, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR