Axtarışda olan 11 nəfər saxlanıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb ki, onların da 7-si "isti izlər"lə açılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanıləb.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR