Qadını şantaj edib pul alan şəxs tutulub

Paytaxt Bakıda qadını şantaj edəm şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat almışdır. Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR