Ev oğrusunun üzərindən tiryək çıxdı

Ağdaş rayonnda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev saxlanılıb. Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR