Qobustanda maşın oğrusu saxlanıb

Qobustan şəhərinin ərazisindən avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus "Niva" markalı avtomobil qaçırılmış və həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb. Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR