Daxili orqanında narkotik vasitələr keçirmək istədi

Narkotik vasitələrin gömrük nəzarətindən yayınmaq üçün ən çirkin üsullardan istifadə etməklə ölkə ərazisinə gətirilməsilə bağlı daha bir fakt qeydə alınıb. Bu xoşagəlməz hal Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda baş verib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn Azərbaycan vətəndaşları saxlanılıb. Ələsgərov və Ağayeva soyadlı həmin vətəndaşların üzərində şəxsi yoxlama zamanı tibbi baxışa zərurət yarandığı üçün onların daxili orqanları rentgen müayinəsindən keçirilib. Nəticədə, xanım vətəndaşın cinsiyyət orqanında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 7,626 qram olan heroin, 1 bükümdə xalis çəkisi 0,382 qram olan tiryək, 79 ədəd metadon adlı həb və güclü təsiredici maddə - 138 ədəd preqabalin adlı dərman preparatı aşkar edilib. Fakt üzrə ilkin izahatında Ələsgərov soyadlı şəxs bu əməli Ağayeva ilə birlikdə törətdiyini etiraf edib. O, vətəndaş nigahında yaşadıqlarını, İranda olarkən adı çəkilən maddələri birlikdə əldə etdiklərini və həmin maddələri Azərbaycan ərazisinə qeyd edilən çirkin üsuldan istifadə etməklə gömrük nəzarətindən gizli keçirmək istədiklərini bildirib. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR